Binə Ticarət Mərkəzi sökülür?

Binə Ticarət Mərkəzi sökülür?

12-10-2019 17:52 / Bu xəbər 2292 dəfə oxundu

Binə Ticarət Mərkəzinin yanğından sonra bir hissəsinin söküldüyü haqqında informasiya yayılıb. Hətta bununla bağlı sosial şəbəkələrdə video da yayılıb. 

"Yeni Sabah”a açıqlama verən Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov məlumatı təkzib edib. 

O qeyd edib ki, hazırda ticarət mərkəzində yanğın baş verən ərazidə təmir işləri aparılır.

"Binə Ticarət Mərkəzinin heç bir hissəsi sökülmür, sadəcə olaraq, məlum hadisədən sonra həmin yanğına məruz qalmış ərazilər sökülür və təmir olunur. 

Çox güman ki, o yerlər bərpa olunacaq, həmin ziyan görmüş sahibkarlara veriləcək. Hazırda onların hamısına əlavə yerlər təklif etmişik. Kimin malı varsa, onlara mağazalar verilib və orda fəaliyyət göstərirlər. 

Kimlərin ki, malları yoxdur, o şəxslər üçün müdiriyyət də topdan satıcılara tapşırıb ki, ki, mallar ayrılsın. Təmirin bitməsinin vaxtını indidən demək çətindir. Hələ 4 gündür ki, təmir başlayıb”.

Xatırladaq ki, oktyabrın 8-i gecə saatlarında baş verən yanğında ticarət mərkəzinin təqribən 2500 m2 hissəsi yanıb.Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar, müxtəlif təyinatlı mağazaların yanar konstruksiyaları və içərisində olan mallar yanıb.