Cavad Zərif: "Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq"

Cavad Zərif:

25-01-2021 12:03 / Bu xəbər 616 dəfə oxundu

İranın xarici işlər naziri Cavad Zərif dünən gecə Bakıya səfərə çıxmazdan əvvəl Tehran hava limanında jurnalistlərin suallarını cavablandırıb.

TRT-nin yanvarın 25-də verdiyi xəbərə görə, nazir Azərbaycan Respublikasına səfəri çərçivəsində regional əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini deyib.

"Qardaş ölkə Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq. Bu gün Azərbaycan torpaqları Azərbaycan xalqının əlindədir. Xalqın azad edilən bölgələrdə tezliklə evlərinə qayıtmaları üçün yardım etmək istəyirik”, - deyə Cavad Zərif bildirib.

Nazir deyib ki, Bakıya səfər çərçivəsində azərbaycanlı tərəfdaşlarla Qarabağda sabitlik, sülh və bölgənin yenidən qurulması ətrafında diskusiyalar aparılacaq. 

Danışıqlarda tranzit yükdaşımaları və Cənub-Şimal nəqliyyat dəhlizi ilə bağlı məsələlər də gündəmdə olacaq.