Cəfər Pənahi 6 il müddətinə həbs edildi

Cəfər Pənahi 6 il müddətinə həbs edildi

19-07-2022 14:48 / Bu xəbər 758 dəfə oxundu

Azərbaycan əsilli İran rejissoru Cəfər Pənahi 6 il müddətinə azadlıqdan məhrum edilib. 

O, cəzasını çəkmək üçün Evin həbsxanasına göndərilib.

Bu barədə iyulun 19-da İran mətbuatı məlumat yayıb. 

C.Pənahi milli təhlükəsizliyə qarşı cinayət törətməkdə ittiham edilib. 

O, iyulun 11-də rejissor həmkarlarının məhkəməsində iştirak edən zaman həbs edilib. 

Məhəmməd Rəsulof və Mustafa Ələhmədin iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılmışdılar. 

Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.

Pənahi bundan əvvəl 2010-cu ildə də 6 il müddətinə həbs edilmişdi.