Cəlilabadda hakim vətəndaşın torpağını əlindən alır? – ŞİKAYƏT

Cəlilabadda hakim vətəndaşın torpağını əlindən alır?  – ŞİKAYƏT

30-07-2020 13:20 / Bu xəbər 1823 dəfə oxundu

Cəlilabad rayonu, Muğan kənd sakini Ağayev Abasqulu Məşi oğlu Jamaz.info-ya müraciət edərək, rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyevin ona məxsusu torpağı əlindən almaq istədiyini bildirib. 

Abasqulu Ağayev yazır ki, Muğan kəndində ona məxsusu 62 sot həyətyanı, 68 sot isə pay torpağı var. Topraqlarının bütün sənədləri yerində olsa da, həmin əraziləri onun əlindən almağa çalışırlar. O bildirir ki, hakim Əmirəliyev əvvəlcə, Murtuz Ağayevin heç bir qanuni sənədi olmadan qaldırdığı iddianı icraata götürüb. "Murtuz Ağayev məhkəmə qarşısında iddia qaldırıb ki, guya mənim yerimdə onun 12 sot torpağı var. Təqdim etdiyi "sənəd” isə həm saxtadır, həm də əsli deyil, nüxsəsidir. Amma buna baxmayaraq, hakim Elxan Əmirəliyev onun iddiasını qəbul elədi”. 

Abasqulu Ağayev vurğulayır ki, həmin iddia əsasında bir il məhkmələrdə sürünüb. "İş o həddə çatdı ki, xəstələnərək, infarkt vəziyyətinə gəldim. Məni məhkəməyə verən Ağayev Murtuz Mirzağa oğlu sonra boynuna aldı ki, həmin kopya sənədi kompüterdə saxta yolla düzəldib hakimə vermişdi, çünki mən çox yerə yazdım, şükayətlər etdim, Elxan Əmirəliyev də məcbur qalıb iddianı təmin etmədi”.

Cəlilabad sakini bildirir ki, bu məsələ bitdikdən bir neçə ay sonra torpaqla bağlı növbəti "oyun” qurulub. "Bir neçə ay sonra hakim Elxan Əmirəliyev həmin Murtuz Ağayevlə əlbir olan Bayramova Qaraqız Tvox qızını yanına çağırdı. Onu öyrətdi ki, iddia qaldırsa, təmin edəcək. 4-5 aydır Bayramova Qaraqızla məhkəmələrdəyəm. Hakim Elxan Əmirəliyev də bizə yox, qarşı tərəfə kömək edir. Təsəvvün edin ki, 65-66 yaşlı qoca arvad iddia qaldırıb ki, mənim 68 sot pay torpağıma verilmiş çıxarış, planı və ölçüsü ləğv edilsin”. 

Abasqulu Ağayev hakimin bu işdə marağının olduğunu iddia edir. Onun sözlərinə görə, məqsəd onun torpaqlarını əlindən almaq və bununla da qazanc əldə etməkdir. "Cəlilabadda hamı bilir ki, Elxan Əmirəliyev "kupça” ləğv etmək üzrə mütəxəssisdir. O hamıya deyir ki, Kərəm Həsənovun, Əmlak Komitəsinin Cəlilabadda verdiyi kupçalar saxtadır. Neçə-neçə kupçanı ləğv elətdirir, Əmlak Komitəsini pis vəziyyətdə qoyur və işini pozur, insanlarda dövlət sənədinə şübhələr yaradır, ailələr arasında qırğınlar salır”. 

Maraqlı məqamlardan biri də Q.Bayramovanın qaldırdığı iddiaya əsasən təqdim etdiyi sənəddir. Şikayətçi deyir ki, iddiada göstərilir ki, Muğan kənd Bələdiyyəsi Şurası onlara pay torpağını verib, hətta alqı-satqı da edib. "Bu harda görünüb? Azərbaycan qanunlarına görə Bələdiyyə pay torpağını alqı-satqı edə bilməz, sata bilməz, təkcə icarəyə verə bilər! Məgər Elxan bunu bilmir? Bilir, sadəcə rüşvət aldığına görə həmin sənədə əsasən "qaldırılmış” iddianı qəbul edib”.

Şikayətçi bildirir ki, Cəlilabadda sözügedən hakimə görə, bir çox problemlər yaranmağa başlayıb. Hətta ailələr arasında ciddi narazılıqlar belə baş qaldırıb. "Tək mən deyiləm, Elxan çoxlu adamın "kupça”sını ləğv edib. Tanışım, Abışabad kənd sakini Həsənov Rəhimin ailəsinin "kupça”sını da ləğv etdi. Qadının qaynı idda qaldırdı ki, o vaxt mən miras ərizəsinə qol çəkməmişəm, imzam saxtadır. Elxan Əmirəliyev də imzanı ekspertizaya göndərmək əvəzinə çıxarışı ləğv etdi, nəticədə qaynı qadını 4 uşaqla evdən çıxardı, çölə atdı. Niyə belə etdi? Çünki Elxan Əmirəliyev katibi və dəllalı Şahin Sultanzadə vasitəsilə həmin adamdan 500 manat rüşvət almışdı. Hal-hazırda iş Şirvan Apelyasiyadadır”.