Daha bir deputat yalançı çıxdı

Daha bir deputat yalançı çıxdı

28-03-2021 00:13 / Bu xəbər 2219 dəfə oxundu

"Əgər bu günə qədər hər hansı bir vəkil Vəkillər Kollegiyasının üzvlüyündən kənarlaşdırılıbsa, bu, həmin vəkilin peşəkar fəaliyyətində yol verdiyi səhvlər, daha dəqiqi həmin vəkillərə öz hüquqlarını etibar etmiş şəxslərin qanuni və əsaslı şikayətləri əsasında baş verib".

Bunu deputat Bəhruz Məhərrəmov deyib. 

"Fakt Yoxla” Bəhruz Məhərrəmovun iddiasını araşdırıb.

"Yerli və beynəlxalq insan hüquqları təşkillatlarının və Beynəlxalq Vəkillər Kollegiyası Assosiasiyasının bəyanatlarına nəzər yetirdikdə görünür ki, Azərbaycan Vəkillər Kollegiyası siyasi məhbus kimi tanınan şəxsləri müdafiə edən tanınmış vəkillərə qarşı müxtəlif təzyiqlərdən istifadə edir. Onların vəkillik fəaliyyətinə xitam verir və ya onları müəyyən müddətlik vəkillik fəaliyyətindən kənarlaşdırır", - "Fakt Yoxla" belə yazıb. 

Sayt Bəhruz Məhərrəmovun fikirlərinin yanlış olduğu qənaətinə gəlib.

Bəhruz Məhərrəmov 9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində 66 saylı Biləsuvar seçki dairəsindən VI çağırış Milli Məclisə deputat seçilib.
 
O, Vəkillər Kollegiyasının da üzvüdür.