Deputatlığa namizəd Hövsanın əsas problemlərini qabartdı - Gecə çəkilişi
19-01-2020 16:27 / Bu xəbər 1698 dəfə oxundu
30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Ziya Quliyev Hövsan qəsəbəsinə gedən 18 km-lik yolun ağır durumda olması ilə bağlı çəkiliş edib.
O bildirib ki, bu yolun təmirinə bir neçil öncə başlanılsa da, hələ də çəkilişi başa çatmayıb. Bundan əlavə, yol kənarında elektrik dirəkləri, işıqlandırma sistemi yoxdur. Bu da tez-tez qəzaların baş verməsinə səbəb olur.
Ziya Quliyev aidiyyəti qurumlardan bu problemin aradan qaldırılmasını tələb edib.