Deputatlığa namizədlərin aclıq aksiyası

Deputatlığa namizədlərin aclıq aksiyası

28-02-2020 18:27 / Bu xəbər 1141 dəfə oxundu

Daha bir deputatlığa namizəd  parlament seçkilərinin nəticələrinin ləğvi tələbi ilə aclıq aksiyasına qoşulub.

Turan İnformasiya Agentliyi xəbər verir ki, bu,  Müsavat Partiyasının üzvü, 42 saylı Sumqayıt ikinci dairəsindən Elşad İsrafildir. 

Bu barədə Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib.

İlk aclıq aksiyasını ötən gün Müsavat Gənclər Təşkilatının rəhbəri Elman Quliyev elan edib. 

Müxalifətçilər seçkinin nəticələri saxtalaşdırıldığına görə onların ləğvini tələb edirlər.