Deputatın səhhəti pisləşib - Türkiyəyə aparılıb

Deputatın səhhəti pisləşib - Türkiyəyə aparılıb

05-07-2020 15:13 / Bu xəbər 2203 dəfə oxundu

Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində bir neçə gün bundan qabaq problem yaranıb.

Modern.az xəbər verir ki, deputat səhhətindəki problemlə bağlı Türkiyəyə aparılıb və bir neçə gündür ki, ürəyindən müalicə alır.

Hazırda isə Vahid Əhmədovun səhhətinin normal olduğu, yaxın günlərdə ölkəyə qayıdacağı da bildirilib.