Eldar Əzizov 3 vəzifəli şəxsi işdən azad edib

Eldar Əzizov 3 vəzifəli şəxsi işdən azad edib

27-12-2018 11:47 / Bu xəbər 1520 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sani Nəsibov, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyit İsmayılov və Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva vəzifələrindən azad edilib.

Məlumatı Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidməti yayıb.

İşdən çıxarılmalarla bağlı Eldar Əzizov müvafiq əmr imzalayıb.

Üç vəzifədə işdən çıxarılmalar olsa da yalnız Kadrlar şöbəsinə yeni təyinat olub.

İcra hakimiyyətinin Kadr məsələləri sektorunun müdiri vəzifəsinə İlahə Həsənzadə təyin edilib.

16 iyul 2018-ci ildən BŞİH müavini vəzifəsini icra edən Eldar Əzizov, 15 noyabrda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Uğur Fərzəli
Toplum Tv