Əli Kərimli yenidən AXCP-nin sədri seçildi

Əli Kərimli yenidən AXCP-nin sədri seçildi

24-06-2023 17:34 / Bu xəbər 989 dəfə oxundu

Qurultayda 1 nəfərin onun əleyhinə səs verdiyi bildirilir

İyunun 24-də Maştağa Mədəniyyət Evində Azərbaycan Xalq Cəbhəsi Partiyasının VII qurultayı keçirilib.

Qurultayda bir nəfər əleyhinə olmaqla Əli Kərimli yenidən partiyanın sədri seçilib.

Eyni zamanda, 7 nəfərdən ibarət Mərkəzi Nzəarət-Təftiş Komisiyası seçilib.

Bu barədə Meydan TV-yə partiya üzvü İlham Hüseyn məlumat verib.

Onun sözlərinə görə, 2 həftədən sonra partiyanın Ali Məclisinə və Rəyasət Heyətinə yeni seçkilər olacaq.

Qurultayda 4 qətnamə qəbul edilib.

AXCP Azərbaycan Milli Azadlıq Hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin varisidir.

Partiya kimi 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.

Partiyanın sədri Əbülfəz Elçibəy 2000-ci ildə vəfat edib.

Elə həmin ildən Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.