Əlillik təyin edilməyən müharibə iştirakçısı intihara cəhd edib

Əlillik təyin edilməyən müharibə iştirakçısı intihara cəhd edib

13-05-2022 01:24 / Bu xəbər 7097 dəfə oxundu

İkinci Qarabağ müharibəsində yaralanmış Qadir Cəfərov intihara cəhd edib. 

Hadisə Respublika Əllilərin Bərpa Mərkəzində Qadirə əlilliyin verilməyəcəyi deyiləndən sonra baş verib.

Qadir Cəfərov deyir: "Vətən müharibəsi zamanı Füzuli, Topxana və Cəbrayılda vuruşmuşam. Düz iki dəfə yaralanmışam. Birinci dəfə ayaqlarımdan yaralanmışam. İkinci dəfə isə kəllə-beyin travması almışam. Gözlərim zəif görür, sağ qulağım zəif eşidir. 4 dişimi də əməliyyatla çıxarıblar. İndi də ağrılardan yaşaya bilmirəm. Qəlpə yaraları bədənimə zəhərlənmə verib”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən "Qafqazinfo”ya deyilib ki, Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir: "Q.Cəfərov dünən, mayın 11-də yenidən Agentliyə gələrək verilmiş qərarı dəyişmək məqsədilə təhdidedici hərəkətlər edib, sonra da özünə xəsarət yetirməklə komissiyaya təzyiq göstərməyə çalışıb. Belə cəhdlərlə qurumu qeyri-qanuni qərar çıxarmağa təhrik etmək, sağlamlıq vəziyyətində əlillik əlaməti olmayan şəxsə əlillik dərəcəsi təyin edilməsi mümkün deyil”.