Elman Fəttah kitab yazdı: "Yeni avtoritarizm və Azərbaycan"

Elman Fəttah kitab yazdı:

29-07-2019 20:10 / Bu xəbər 1846 dəfə oxundu

Müsavat Partiyasının Divan üzvü Elman Fəttahın ilk kitabı işıq üzü görüb.

"Yeni avtoritarizm və Azərbaycan" adlı kitabda rejimlərin təsnifatı, totalitarizm, klassik avtoritarizm, totalitarizm və avtoritazimdə lider, yeni avtoritarizm anlayışının tərifi və çərçivəsi, SSRİ-nin dağılması, "Soyuq müharibə", Putin Rusiyası, Cənubi Qafqaz, Azərbaycanda avtoritarizmin "modernləşmə" prosesi, seçki, ifadə azadlığı və s. mövzulara geniş toxunulub. 

Eyni zamanda iqtisadi azadlıqlar, vətəndaş cəmiyyətinin durumu, Beynəlxalq sistem, Cənubi Qafqaz ölkələrinin, həmçinin Azərbaycanın xarici siyasəti ilə bağlı da ayrıca bəhsə yer verilib. 
 
Kitabın redaktorları Alya Yaqublu və Yadigar Sadıqlıdır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.