Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin edildi

Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin edildi

16-04-2020 21:48 / Bu xəbər 1297 dəfə oxundu

Prezident İlham Əliyev cümə axşamı Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

O, bu vəzifəyə altıncı dəfə təyin olunur. Elman Rüstəmov 1995-ci ildən Mərkəzi Banka rəhbərlik edir.

Aprelin 9-da parlament onu Mərkəzi Bankın idarə heyətinin üzvü kimi təsdiqləyib. Bu qərarı 91 deputat dəstəkləyib, biri əleyhinə, biri bitərəf qalıb.

Konstitusiyaya görə, AMB-nin idarə heyətinin üzvləri ölkə prezidentinin təqdimatı ilə parlament tərəfindən təsdiqlənir.

Daha sonra dövlət başçısı idarə heyəti üzvləri arasından AMB rəhbərini təyin edir. AMB idarə heyətinin üzvlərinin və rəhbərinin səlahiyyət müddəti beş ildir.