Elnur qalib oldu (VİDEOLAR, YENİLƏNİB)

Elnur qalib oldu   (VİDEOLAR, YENİLƏNİB)

19-01-2015 02:42 / Bu xəbər 2339 dəfə oxundu

Həmyerlimiz Elnur Hüseynov "O səs Türkiyə" müsabiqəsindəki çıxışını başa vurub. 

Axşam.az xəbər verir ki, tamaşaçıların səsverməsi nəticəsində Elnur yarışmanın qalibi seçilib. O, gecədə "O Sole Mio" opera parçası, "Aşk" və "Latch" adlı mahnıları səsləndirib.

Qeyd edək ki, Elnur Hüseynov müğənni Ebru Gündəşin komandasında mübarizə aparırdı.

“TV8” kanalında Acun İlıcalının aparıcılığı ilə yayımlanan yarışmanın münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alıb.

***

Bu gün "O səs Türkiyə"nin final gecəsi keçirilir.

Axşam.az xəbər verir ki, yarışmada iştirakına davam edən yeganə azərbaycanlı iştirakçı Elnur Hüseynov ilk çıxışını edib. 

Ebru Gündeşin komandasında yarışan həmyerlimiz "O Sole Mio" opera parçasını səsləndirib.

Xatırladaq ki, “TV8” kanalında yayımlanan Acun İlıcalının aparıcısı olduğu səs yarışmasının münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alırlar.

Arqument.Az