“Embawood”un məsul şəxsi başımı kəsməklə hədələdi"

“Embawood”un məsul şəxsi başımı kəsməklə hədələdi

12-03-2016 15:20 / Bu xəbər 981 dəfə oxundu

Bir müddət əvvəl mətbuatda Masallı sakininin intihar həddinə çatdırılması ilə bağlı yazılar dərc edilmişdi. Yazılarda qeyd olunurdu ki, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlu dələduzluğun qurbanı olub.

O, Moskva Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb. E.Ağayevin iddia ərizəsi əsasında Masallı rayon Məhkəməsi qərar da çıxardıb. Qərara görə, Z.Məmmədov şikayətçiyə 3700 dollar vəsaiti ödəməlidir. 

Bizimxeber.az xəbər verir ki, hadisə ilə bağlı 7news.az-ın redaksiyasına ilginc məlumatlar daxil olub.
 
Məlumatda deyilir ki, Elnur Ağayev onu aldadan Zaur Məmmədovu tapmaq, pulunu geri almaq məqsədi ilə "Embawood” mebel şirkətində işləyən qardaşı İlqar Məmmədova müraciət edib.

"Embawood”un məsul şəxsi Elnuru görüşə çağıraraq başını kəsəcəyi ilə hədələyib. E.Ağayev bununla bağlı şirkətə müraciət ünvanlayıb: "Online olaraq müraciət ünvanlamışam, ancaq hələ bir cavab yoxdur.”

Arqument.Az