Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı

Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı

18-03-2021 15:51 / Bu xəbər 1302 dəfə oxundu

Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin tarixini açıqlayıb.

"Report” xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb.

Baş nazir növbədənkənar parlament seçkilərinin cari ilin iyunun 20-də keçiriləcəyini bildirib.