Ermənistanın Müdafiə naziri vəzifəsindən gedib

Ermənistanın Müdafiə naziri vəzifəsindən gedib

20-11-2020 16:14 / Bu xəbər 806 dəfə oxundu

Prezidentin fərmanı ilə yeni nazir təyin olundu

Ermənistanın Müdafiə naziri David Tonoyan vəzifəsindən azad edilib.

Bu barədə Ermənistan Prezidenti noyabrın 20-də fərman imzalayıb.

Prezidentin digər fərmanıyla Vaqarşak Arutunyan Müdafiə naziri təyin edilib.

David Tonoyan 1918-ci ildən Müdafiə naziri vəzifəsində idi.

Vaqarşak Arutunyan Baş nazir Nikol Paşinyanın müşaviri olub.

1956-cı ildə Gürcüstanda doğulan yeni nazir 1978-ci ildə Bakıda Xəzər hərbi-dəniz məktəbini bitirib. 

O, 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.///meydan.tv