Etirazçı namizədlərin təşəbbüs qrupu piket qərarı verdi
29-02-2020 15:59 / Bu xəbər 2902 dəfə oxundu
Ziyalılarla müzakirələr aparılacaq, yekun bəyanat imzalanacaq
Bu gün Milli Hüquq evində, 9 fevral 2020-ci il tarixdə keçirilmiş parlament seçkilərində yol verilmiş total seçki saxtakarlıqları ilə bağlı yaradılmış etirazçı namizədlərin təşəbbüs qrupunun görüşü oldu".
Bu barədə Arqument.Az-a 32 saylı Suraxanı üşüncü seçki dairəsindən namizəd Fikrət Cəfərli məlumat verib.
Bundan başqa, ölkənin tanınmış ictimi-siyasi xadimləri və ziyalılarının iştirakı ilə martın 3-də, saat 12:00-da seçkilərin nəticələrinin müzakirə ediməsi ilə bağlı toplantının keçirilməsi qərar alınıb. Həmçinin qərar alınıb ki, həmin toplantıda bütün narazı namizədlərin yekun bəyanatı imzalanacaq.
Toplantıda Konstitusiya Məhkəməsi qarşısında nəticələrə etiraz olaraq, piket keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciətin göndərilməsi də qərara alınıb. Qərara alınıb ki, piket martın 5-də saat 10:00-da baş tutacaq.












