Eyyubovun Kanada vətəndaşı olan oğlu Londonda nə qədər pul qazandığını açıqladı

Eyyubovun Kanada vətəndaşı olan oğlu Londonda nə qədər pul qazandığını açıqladı

06-03-2024 13:44 / Bu xəbər 1151 dəfə oxundu

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun Kanada vətəndaşı olan oğlu Orxan Eyyubovun Londonda təsis etdiyi "New Canada Capital Ltd” şirkəti maliyyə hesabatını açıqlayıb.

"Yeniavaz.com" xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda "5th Floor, Thames Tower, Station Road, Reading, Berkshire RG1 1LX” ünvanında qeydiyyatda olan şirkət 2009-cu ildə təsis olunub.

Daşınmaz əmlakın icarəsi sahəsində fəaliyyət göstərən şirkətin illik mənfəəti (bölüşdürülməmiş) 1 milyon 865 min 110 funt-sterlinq (4 milyon manat) olub.

Bundan başqa şirkətin aktivləri son bir ildə 397 min funt-sterlinq artaraq 15,8 milyon funt-sterlinqə yüksəlib.