Fikrət Cəfərli 200 manat cərimələnib - YENİLƏNİB

Fikrət Cəfərli 200 manat cərimələnib - YENİLƏNİB

11-04-2020 17:18 / Bu xəbər 3205 dəfə oxundu

Ötən gün saxlanılan hüquqşünas Fikrət Cəfərli Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimələnib. 
 
Bu barədə Arqument.Az-a Fikrət Cəfərli məlumat verib.
 
O bildirib ki, qərar qanunsuzdur, çünki rəsmi icazəsi olduğu halda saxlanılıb, barəsində məhkəmə qərarı çıxarılıb: "Rəsmi icazəm olduğu halda iki gün qanunsuz saxladılar. Sonra da məhkəmə qaydasında 200 manat cərimələndim". 
 
***
 
Hüquqşünas Fikrət Cəfərli dünən saxlanılıb. 

Bu barədə Arqument.Az-a hüquqşünas Namizəd Səfərov məlumat verib.

O bildirib ki, ötən gün, aprelin 10-da Fikrət Cəfərlini Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları saxlayıb. 

Bu gün isə Nərimanov Rayon Məhkəməsinə aparıblar: "Fikrət Cəfərlinin rəsmi icazəsi vardı, amma onu karantin rejimini pozmaqda günahlandırırlar. Hazırda Nərimanov Rayon Məhkəməsindədir. Məhkəmənin qərarını gözləyirik", - Namizəd Səfərov bildirib.

Fikrət Cəfərli 9 fevral 2020-ci ildə keçiriləcək  nöbvədənkənar parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd olub.

O, ötən gün "Fu Məzi" yazdığına görə həbs olunan məşvərətçi səs hüquqlu komissiya üzvü Fuad İsmayılovla görüşə gedib. Ondan sonra isə saxlanılıb.