“Fiorentina” finalda “Vest Hem”i məğlub edib

“Fiorentina” finalda “Vest Hem”i məğlub edib

08-06-2023 01:12 / Bu xəbər 1749 dəfə oxundu

İyunun 7-də UEFA Konfrans Liqasının final oyunu keçirilib.

Həlledici matçda İtaliyanın "Fiorentina” və İngiltərənin "Vest Hem” komandaları qarşılaşıb.

Çexiyanın paytaxtı Praqadakı "Eden Arena”da keçirilən oyun saat 23:00-da start götürüb.

Qarşılaşma "Fiorentina”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, UEFA Konfrans Liqasının bu mövsümdəki qalibi İtaliya klubu olub.