“Qarabağ” “Neftçi”yə böyük hesabla qalib gəldi

“Qarabağ” “Neftçi”yə böyük hesabla qalib gəldi

03-03-2024 22:08 / Bu xəbər 1334 dəfə oxundu

Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub.

Sonuncu oyun günündə iki görüş baş tutub.

"Qəbələ” doğma meydanda "Səbail”lə üz-üzə gəlib. 

Beş qolluq qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi və qapanış oyununda isə "Neftçi” əzəli rəqibi "Qarabağ”la qarşılaşıb. 

Bu oyunda da son çempion "Qarabağ" darmadağınla qalib gəlib.

Daha öncə "Sumqayıt” evdə "Kəpəz”ə uduzub (1:3), "Sabah” "Araz-Naxçıvan”a qalib gəlib (2:0), "Zirə” – "Turan Tovuz” matçında isə qalib müəyyənləşməyib: 1:1.

Misli Premyer Liqası
25-ci tur
3 mart

"Qəbələ” – "Səbail” 2:3
Qollar: Ürfan Abbasov, 13. Osama Xalayla, 26 - Yusif Nəbiyev, 58. Rüfət Abdullazadə, 65. Nir Bardea, 90+1.
Qırmızı vərəqə: Lukas Afriko, 41.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Kaxaber Sxadadze.

Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 7. Madi Keta, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

"Neftçi” – "Qarabağ” 1:4
Qollar: Filip Ozobiç, 71-pen - Nəriman Axundzadə, 47. Toral Bayramov, 60-pen; 90+3. Leandro Andrade, 90+7.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
"Neftçi Arena”, 19:00.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. 

Reziuan Mirzov, 6. Dieqo Valdes, 9. Andre Şinyaşiki, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 15. Leandro Andrade.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.