Türkiyə klubu Qurban Qurbanovla maraqlanır

Türkiyə klubu Qurban Qurbanovla maraqlanır

18-03-2024 13:16 / Bu xəbər 1128 dəfə oxundu

Türkiyənin "Beşiktaş" klubu Qurban Qurbanovla maraqlanır.

Bu barədə "Fotospor" portalı məlumat yayıb.

Bildirilir ki, İstanbul klununun futbol direktoru Samet Aybaba Leverkuzendə keçirilən Avropa Liqasının "Bayer" - "Qarabağ" matçını izləyib. 

O, "Qarabağ"da Abdullah Zubir və Juninyonu bəyənib.
 
Üstəlik, baş məşqçi Qurban Qurbanovun oyun stili Samet Aybabanın diqqətini çəkib.

İddia olunur ki, 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurban Qurbanov 16 il sonra komandadan ayrılmağı və karyerasını Super Liqada davam etdirməyi planlayır. 

O da qeyd edilir ki, hazırkı çalışdırıcı Fernandu Santuşdan sonra "Beşiktaş"ın baş məşqçisi postuna ən layiqli namizəd Qurban Qurbanov hesab olunur.