Fotobloger Vəli Şükürov saxlanılıb

Fotobloger Vəli Şükürov saxlanılıb

05-02-2023 01:51 / Bu xəbər 1406 dəfə oxundu

Fevralın 4-də axşam saatlarında fotobloqer Vəli Şükürovun  evinin qarşısında saxlanıldığı bildirilir.

Onun saxlanma səbəbləri deyilmir. 

V.Şükürov saxlanılan zaman Turana bildirib ki, onu 27 saylı Yasamal Rayon Polis Şöbəsinə aparırlar.

V.Şükürovun verdiyi məlumata görə, bu gün səhər onu polisə çağırıb hansısa polis əməkdaşı haqqında suallar veriblər, sonra isə o sərbəst buraxılıb. 

Daxili İşlər Nazirliyindən bildirilib ki, Vəli Şükürovla bağlı araşdırma aparılır: "Onun həbsində hər hansı siyasi səbəb yoxdur".