Gənc müğənni: "Nişanlanmamışıq"

Gənc müğənni:   "Nişanlanmamışıq"

09-01-2015 13:26 / Bu xəbər 2033 dəfə oxundu

“Mən gənc müğənni, Aygün xanım isə illərin sənətkarı”.

Bu sözləri Arqument.az-a açıqlamasında gənc müğənni Fərid Şərifov xalq artisti Aygün Kazımova ilə nişanlanması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir: “Mən xalq artisti Aygün Kazımova ilə nişanlanmamışam. Bir gənc müğənni kimi sadəcə onunla bir şəkil çəkdirmişəm. Aygün xanıma Azərbaycanın xalq artistidir. Onun sənətinə və şəxsiyyətinə çox böyük hörmətim var. Bunu şişirtmək lazım deyil. Ən azından mən gənc müğənni, Aygün xanım isə illərin sənətkarıdır. Mən hələ ki, evlilik barədə fikirləşmirəm”.

Xatırladaq ki, qarşı tərəf də məsələyə səssiz qalmayıb. Xalq artistinin prodüsseri Tolik də (Tarix Əliyev) mediaya açıqlamasında bunu təkzib edib: “Hal-hazırda Aygün xanımla bərabərəm. Elə bir şey yoxdur. Bu xəbəri çıxaran özü bilir neyləyir. Həmin gənc müğənni mətbuat katibinə 200 manat verib bu xəbəri yazdırıb. O özünü "diva"nın adı ilə reklam edir".

Xatırladaq ki, ötən gün Azərbaycanın xalq artisti Aygün Kazımovanın gənc müğənni Fərid Şərifovla nişanlanması barədə sosial şəbəkələrdə məlumat və fotolar yayılıb.

Arqument.az