Gəncədə yaşayış evinə mərmi necə düşüb?

Gəncədə yaşayış evinə mərmi necə düşüb?

17-06-2019 13:31 / Bu xəbər 234 dəfə oxundu

Beş gün əvvəl Azərbaycan ordusunun təlimləri zamanı Gəncədə fərdi evlərdən birinə mərmi düşüb. 

Bu barədə Fransada siyasi mühacirətdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid iddia edir.

Onda olan məlumata görə, bu raket təlim atışları zamanı Ağstafa rayonu tərəfindən buraxılıb. Raket damı və tavanı dələrək, fərdi evlərdən birinə düşüb.

Gəncədəki mənbələrdən Turan-a verilən məlumata görə, evdə olanlardan xəsarət alan olmayıb. Hərbi Prokurorluq istintaq aparır.

Turan agentliyi şərh üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Mətbuat xidməti sualı yazılı şəkildə göndərməyi xahiş edib. Amma bazar ertəsi günorta saatlarına qədər cavab daxil olmayıb.

Eyni zamanda, fotoşəkillə tanış olan hərbi ekspert qeyd edib ki, şəkildə əks olunan, çox güman ki, 125 mm 3BM26 modelli tank mərmisidir.