Gürcüstanın Avropa İttifaqındakı səfiri istefa verdi

Gürcüstanın Avropa İttifaqındakı səfiri istefa verdi

21-03-2021 14:23 / Bu xəbər 1512 dəfə oxundu

Gürcüstanın Belçika Krallığı və Lüksemburqdakı səfiri, Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri Natalia Sabanadze vəzifəsini tərk edib.

Bu barədə o, "Feysbuk" səhifəsində yazıb.

N.Sabanadze bu vəzifələrdə səkkiz ilə yaxındır ki, çalışdığını bildirib: "Bu, mənim üçün böyük şərəf və məsuliyyət olub. Bu gün bu səhifəni çevirməyin zamanı yetişib”.

Keçmiş səfir Gürcüstanın Avropa gələcəyinə inandığını qeyd edib.(report.az)