Havanın temperaturu enəcək

Havanın temperaturu enəcək

08-07-2020 20:24 / Bu xəbər 1394 dəfə oxundu

Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. 

Havanın temperaturu  tədricən 6-8 dərəcə aşağı enəcək.

Bu barədə APA məlumat yayıb.  
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 9-u axşamdan 12-si gündüzədək Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu  düşəcəyi gözlənilir. 

Qərb küləyi 15-20, ayrı ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. 

Havanın temperaturu  ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.