“Hünər” MTK-nı məhkəməyə verdilər

“Hünər” MTK-nı məhkəməyə verdilər

26-07-2022 01:30 / Bu xəbər 397 dəfə oxundu

"Hünər” Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı məhkəmə iddiası qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, "Hünər” MTK-ya (VÖEN-1400546941) qarşı məhkəmə iddiası "Azsığorta” ASC tərəfindən qaldırılıb.

"Azsığorta” ASC tərəfindən qaldırılan iddia Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin icraatına verilib. 

Məhkəmə iddiası sığorta müqaviləsi üzrə mübahisələrə əsasən qaldırılıb.

Hazırda "Hünər” MTK-nın dövlət büdcəsinə 5 min 571 manat 52 qəpik vergi borcu da var.