İlham Əliyev dünyaya çağırış etdi
06-07-2017 03:02 / Bu xəbər 1292 dəfə oxundu
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı Quliyeva Zəhra Elnur qızının faciəsi ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.
Arqument.Az xəbər verir ki, müraciət dövlət başçısının rəsmi "Facebook" səhifəsində yerləşdirilib.
"Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”, - deyə prezidenti yazıb.
Müraciət Azərbaycan, rus və ingilis dillərində dərc olunub.
İyunun 4-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində iki yaşlı Zəhra ilə yanaşı, onun nənəsi 50 yaşlı Quliyeva Sahibə İdris qızı da dünyasını dəyişib.















