Çində BBC-nin yayımı qadağan edildi

Çində BBC-nin yayımı qadağan edildi

12-02-2021 11:55 / Bu xəbər 646 dəfə oxundu

Çin Radio və Televiziyaların Tənzimləyici İdarəsi ölkə ərazisində Böyük Britaniyaya məxsus "BBC World News” telekanalının yayımını qadağan edib.

Bu barədə fevralın 12-də "Xinhua" agentliyi məlumat verib. 

Məlumata görə, BBC etibarlılıq və qərəzsizlik prinsipini pozmaqda ittiham edilib.

Rəsmi açıqlama yayan BBC yayım korporasiyası Çin Xalq Respublikasının öz ərazisində "BBC World News” telekanalının yayımını qadağan etməsindən məyus olduğunu bildirib. 

"Biz Çin hakimiyyətinin belə yol seçim etmək barədə qərarından məyus olduq”, - deyə bəyanatda deyilir.

Şirkətin bəyanatında vurğulanıb ki, BBC-nin dünyada böyük etimada malikdir və hadisələr haqqında dürüst, qərəzsiz, cəsarətli və obyektiv məlumat verir.///toplum.tv