Çinin nəzarətdən çıxan raketi Hind okeanına düşüb

Çinin nəzarətdən çıxan raketi Hind okeanına düşüb

09-05-2021 12:58 / Bu xəbər 4491 dəfə oxundu

Çinin nəzarətdən çıxan "Long March 5B” kosmik raketinin qırıntılarının Hind okeanındakı Maldiv adaları yaxınlığına düşdüyü bildirilir.

Bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, aprelin 29-da kosmosa buraxılan raketin qırıntılarının böyük bir qismi atmosferdə yanaraq Hind okeanına düşüb.