İranda dəhşətli zəlzələ: Yüzlərlə ölən var – VİDEO

İranda dəhşətli zəlzələ: Yüzlərlə ölən var – VİDEO

13-11-2017 11:59 / Bu xəbər 1537 dəfə oxundu

İran-İraq sərhəddində da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.

Bu barədə İran telekanalı "Press TV” xəbər verir. İranın qərb bölgəsində zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.

Bu barədə RİA Novosti agentliyinə yerli Qızıl Aypara Cəmiyyətindəki mənbə bildirib.

"Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin yaxın müddətdə artacağı istisna deyil”, – deyə mənbə bildirib.

İran dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardımların göstərilməsi üçün təcili tədbirlər görməyi tapşırıb.

İraq ərazisində 6 nəfər təbii fəlakətin qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.///APA