İşdən çıxarılan general Qazaxda döyülübmüş

İşdən çıxarılan general Qazaxda döyülübmüş

07-09-2022 13:36 / Bu xəbər 844 dəfə oxundu

Ötən gün Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi vəzifəsindən çıxarılan və barəsində cinayət işi açılan general-mayor Kənan Məmmədovla bağlı yeni məlumat yaylıb.

Xəbəri "Unikal.org" yayıb. 

Bildirilir ki, K.Məmmədov əvvəllər Qazax rayonunda yerləşən Qırmızı-Körpü gömrük postunun rəisi işləyib. 

Onun həmin postdakı fəaliyyəti rayon sakinlərinin ciddi etirazına səbəb olub. Hətta Kənan Məmmədov bir neçə dəfə onları incitdiyi üçün Qazaxın bir neçə kəndinin sakinləri tərəfindən döyülüb. 

Həmin dövrdə DGK-nin sədr müavini olan Səfər Mehdiyevlə Kənan Məmmədovun arasında dostluq münasibətləri olub. 

Səfər Mehdiyev DGK-nin sədri təyin olunduqdan sonra Kənan Məmmədovu Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi təyin edib və ona general-mayor rütbəsi almasında köməklik göstərib. 

K.Məmmədov həmin idarəyə rəhbərlik etdiyi dövrdə isə əsasən ölkəyə mebel gətirən sahibkarların fəaliyyətinə mane olub. Belə ki, o sahibkarları yalnız özünün müəyyən etdiyi karqo şirkətləri ilə işləməyə məcbur edibmiş.