İsraildə antipeyvənd hərəkatının lideri koronavirusdan ölüb

İsraildə antipeyvənd hərəkatının lideri koronavirusdan ölüb

15-09-2021 17:10 / Bu xəbər 1084 dəfə oxundu

İsraildə antipeyvənd hərəkatının lideri Hay Şaulian COVID-19-dan ölüb.

Bu barədə sentyabrın 14-də "The Jerusalem Post" qəzeti məlumat verib. 

Vaksin əleyhinə hərəkatın liderinin sosial şəbəkələrdə apardığı kampaniyanın şüarı beləydi: "Pandemiya yoxdur - vaksin təhlükəlidir və faydasızdır". 

Hay Şaulian koronavirusa yoluxandan sonra xəstənaya yatırılıb və süni nəfəs aparatına qoşulub. Bir müddət sonra isə o ölüb.

Avqustun 8-də isə ABŞ-da anti-vaksin hərəkatı aktivisti, virusun uydurma olduğunu deyən Dik Farrel COVID-19-dan ölmüşdü. Ölümündən qabaq o, insanları peyvənd olunmağa çağırmışdı.