İTS-nin 8,2 milyonluq tenderlərini bu şirkətlər uddu

İTS-nin 8,2 milyonluq tenderlərini bu şirkətlər uddu

11-12-2023 02:28 / Bu xəbər 1304 dəfə oxundu

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tender müsabiqələrinin qalibləri məlum olub.

"Yeniavaz.com" xəbər verir ki, Dövlət Agentliyi tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınmasına görə, 4 şirkətə ümumilikdə 8 milyon 248 min 526 manat 95 qəpik xərcləyəcək.

İTS "Medsol” MMC-yə 6 milyon 674 min 859 manat 30 qəpik, "Kripto Lab” MMC-yə 1 milyon 31 min 883 manat 3 qəpik, "Gill Med” QSC-yə 501 min 535 manat 40 qəpik, "Azfar Med” MMC-yə 40 min 249 manat 22 qəpik ödəyəcək.