Jurnalist kömək istədi, kampaniya başladıldı

Jurnalist kömək istədi, kampaniya başladıldı

25-11-2022 23:56 / Bu xəbər 504 dəfə oxundu

Gənc jurnalist Nərmin Əkbərli anası Fərqanə Əkbərovanın sağlamlığına qovuşması üçün hər kəsdən kömək istəyir.

Oktyabrın 28-dən vəziyyəti ağırlaşan F.Əkbərova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicəsini davam etdirir.

Həkimlərin yekun rəyinə əsasən, onun ağciyərlərində kaverna aşkarlanıb. 

Xəstəlik ağır gedişlidir və ciddi fəsadlar yaradır.

Ailənin gündəlik 1500 manata yaxın xərci çıxır.
 
İlkin hesablamalara görə, bir aylıq müalicə üçün xəstəxana xərcləri və müalicə daxil təxminən 45 min manata yaxın vəsait lazımdır.

Artıq Fərqanə Əkbərovaya dəstək üçün kampaniya başladılıb. Ailəyə dəstək olmaq istəyən şəxslər aşağıda qoyulan bank kartlarına vəsait köçürə bilərlər:

Leobank: 4098 5844 6550 0500

Kapital bank: 4169 7332 2047 8346

Paşa Bank : 4182 4957 0184 7356

Rabitə Bank : 4189 8000 8025 5019

Həmçinin ailə ilə +99451 351 96 91 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.