Jurnalist ona qarşı təxribat olduğunu deyir

Jurnalist ona qarşı təxribat olduğunu deyir

05-08-2018 11:01 / Bu xəbər 3869 dəfə oxundu

"Polisə də məlumat vermişəm"
 
İdman yazarı Şəfi Şəfiyev sosial şəbəkələrdə ona qarşı təxribat olduğunu deyir.
 
Bu barədə Arqument.Az-a jurnalist özü məlumat verib. 

"Son 3 gündə isə adıma saxta profillər açılır, böyük səhifələrdə postlara həmin profildən (Shafi Shafiyev) təhqiredici, söyüşlü rəylər yazılır. Bu gün 17 nəfər mənə mesaj yazıb, onların və ya qohumlarının təhqir olunduğunu bildirib, screen atıb. Hamısına nömrəmi verib, danışmışam. 2 saatdan çox tanımadığım insanları telefonda başa salmışam. Demişəm ki, həmin şəxs mən deyiləm. Hətta Kənan MM də zəng edib mənimlə danışıb".

Jurnalist bildirib ki, onun adından tanımadığı şəxsləri təhqir edirlər. O, olayla bağlı polisə də məlumat verdiyini deyir: "Yazdığım bəzi statuslardan sonra bu cür olaylar baş verib. Adımdan insanları təhqir edirlər. Bu mənə qarşı təxribatdır". 

"Mən buna görə heç bir məsuliyyət daşımıram. Başıma hər-hansı bir hadisə gəlsə, günahkar mən olmayacağam. Tanımadığım insanları təhqir edəcək, onlara axmaq təkliflər edəcək qədər aşağı səviyyəli adam deyiləm", - o yazıb.