Kabil hava limanında partlayış: 13 nəfərin öldüyü bildirilir

Kabil hava limanında partlayış: 13 nəfərin öldüyü bildirilir

26-08-2021 23:50 / Bu xəbər 2888 dəfə oxundu

Əfqanıstanın paytaxtı Kabilin hava limanı yaxınlığında törədilən terror aktı törədilib. İlkin məlumatlara görə, hadisə nəticəsində azı 13 nəfər həyatını itirib.  
 
Məlumatı "Reuters" yayıb.

Bildirilir ki, azı 15 nəfər də yaralanıb. 
 
ABŞ rəsmiləri deyir ki, naməlum şəxsin özünü partlatması ehtimalı böyükdür. Ətrafda olanlar da bu iddianı təsdiqləyib. 
 
Partlayış nəticəsində Taliban əsgərlərinin də yaralandığı xəbər verilib.  
 
Türkiyə Müdafiə Nazirliyi Kabil aeroportunda bir yox, iki partlayışın baş verdiyini bildirib. Taliban bu məlumatı təsdiq edib. 
 
3 ABŞ əsgərinin də partlayışda yaralandığı haqda məlumat var. 
 
Dünən Pentaqon bölgədə terror aktının ola biləcəyi şübhəsilə vətəndaşlarını əraziyə yaxınlaşmamağa çağırmışdı.