Qusarda 200 hektar meşəni məhv edib bağ salmaq istəyirlər

Qusarda 200 hektar meşəni məhv edib bağ salmaq istəyirlər

14-12-2020 18:26 / Bu xəbər 822 dəfə oxundu

"Məlumata görə, ərazidə 800 hektarlıq bağın salınması nəzərdə tutulub"

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Qusar rayonunun dövlət sərhəd zonasında yerləşən Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi faktı ilə bağlı araşdırma aparıblar.

Rəsmi məlumata görə, aparılan araşdırma nəticəsində ağacların kəsilməsini təşkil edən şəxslər müəyyən edilib.

Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı onların Qusarın Nəcəfkənd kənd sakinləri Zahir Dügüşov, Nazim Buxsayev, Kamran Canağayev və Həzrə kənd sakini Ruslan Cəfərov olduğu məlum olub.

Onun sözlərinə görə, faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 2000 manat məbləğində cərimə olunub: "Eyni zamanda, ağacların kəsilməsində təqsirkar olan digər şəxslərin müəyyən olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib”.

Nəcəfkənd-Qələnxur
Mənbə: Meydan TV

Xidmət rəsmisi qeyd edib ki, ərazidə mühafizə işlərini zəif təşkil etdiyinə görə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüqar Sultanov isə tutduğu vəzifədən azad olunub.

Hazırda araşdırmalar davam etdirilir.

Meydan TV də Qusarın Nəcəfkənd-Qələnxur meşələrindəki ağacların kütləvi qırılması ilə bağlı reportaj yayımlanmışdı.

Həmin məqalədə bildirilirdi ki, qırılan ağaclar Qusarın mavi yanacaq olmayan kəndlərinə və ətraf rayonlara bazar qiymətindən daha ucuz satılır.

Ərazidəki ağacların kəsildiyini ortaya çıxaran ekoaktivist Cavid Qara bildirmişdi ki, onda olan məlumata görə, ərazidə 800 hektarlıq bağ salmaq istəyirlər. Onun təqribən 200 hektarı meşə ərazisinə düşür:

"Ərazinin sərhədləri elan edilmədiyi üçün dəqiq nəsə demək çox çətindir. Ancaq meşə zolağını məhv etməklə bağ salmaq qəbuledilməzdir”.

Onun sözlərinə görə, faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 2000 manat məbləğində cərimə olunub
Mənbə: Meydan TV

Cavid Qara bildirmişdi ki, onda olan məlumata görə, ərazidə 800 hektarlıq bağ salmaq istəyirlər.
Mənbə: Meydan TV