Koronavirusa yoluxma sayı yenə 100-ü keçdi

Koronavirusa yoluxma sayı yenə 100-ü keçdi

14-08-2020 18:53 / Bu xəbər 1178 dəfə oxundu

4 nəfər həyatını itirib

Avqustun 14-də Azərbaycanda yeni koronavirus infeksiyasına yoluxma dünənə nisbətən artıb. Nazirlər Kabineti yanında Operativ Qərargah 103 adamın COVİD-19 infeksiyasına yoluxduğunu, 221 nəfərin sağaldığını, 4 xəstənin öldüyü haqqında məlumat yayıb.

Bir gün əvvəl isə yoluxma sayı 91 idi.

Operativ qərargah bildirib ki, Azərbaycanda indiyə qədər 34 min 18 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 31 min 490 nəfər müalicə olunaraq sağalıb, 504 pasient ölüb. Hazırda aktiv xəstə sayı 2024 nəfərdir.

Eyni zamanda, ötən müddətdə 820 min 2 testin apardığını qeyd edilib: "Bugünkü test sayı isə 7969-dur”.