Litva XİN: "Macarıstan Avropaya qarşıdır"

Litva XİN:

11-12-2023 16:41 / Bu xəbər 991 dəfə oxundu

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Macarıstanın Ukrayna ilə bağlı Avropa İttifaqı liderlərinin sammitində nəzərdən keçirilməli olan bütün qərarları bloklamaq planlarını dəyişmədiyi barədə məlumatı şərh edib.

O, bu barədə Brüsseldə jurnalistlərlə söhbətində danışıb.

"Mən təkcə Ukrayna ilə bağlı deyil, digər məsələlərdə də Macarıstanın mövqeyini şərh edə biləcəyim yeganə ifadə budur ki, Budapeşt Avropaya və onun dəstəklədiyi hər şeyə qarşıdır”, - deyə Landsbergis qeyd edib.

Onun sözlərinə görə, hazırda Avropanın güclü olmasını istəyənlərlə Avropanın ümumiyyətlə mövcud olmasını istəməyənlər arasında toqquşma gedir.

"Əgər biz rasional həll yolu tapsaq, bu addıma qərar verilə bilər. Əks halda, bizi qaranlıq günlər gözləyir", - deyə Landsbergis əlavə edib.

Bundan əvvəl xəbər verilib ki, bazar günündən etibarən Budapeşt Ukrayna ilə bağlı Avropa İttifaqı liderlərinin sammitində nəzərdən keçirilməli olan bütün qərarları bloklamaq niyyətini dəyişməyib.

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının əleyhinədir və bu məsələnin sammitdə müzakirəyə çıxarılmasını belə istəmir. 

O həmçinin Ukraynaya 50 milyard avro dəyərində çoxillik maliyyə yardımını və Aİ-nin Ukraynaya hərbi dəstək proqramını dəstəkləməkdən imtina edir.

Nizami Bağırov