Ermənistanın hərbi hissə komandiri və 4 zabitinin məhv edildiyi deyilir

Ermənistanın hərbi hissə komandiri və 4 zabitinin məhv edildiyi deyilir

21-10-2020 12:09 / Bu xəbər 493 dəfə oxundu

"Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli və vəzifəli zabitləri məhv edilib".

Məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb.

Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan.///report.az