Mehman Hüseynov: "...anamı öldürüblər"

Mehman Hüseynov:

05-03-2019 15:24 / Bu xəbər 1612 dəfə oxundu

Mehman Hüseynov

Sifarişlə, qeyri-qanuni olaraq həbsdə olduğum 2 il müddətində ən böyük varlığım anam bu həyatda artıq yoxdur. 

Anam oğlunun həbsdən azad olunduğu günü çox gözləyirdi, ən böyük arzusu idi. Lakin bu ölkəni idarə edənlər görəndə ki həbslə məni qorxuda bilmədilər, daha sərt addım ataraq mənim qisasımı anamdan çıxdılar. 

Anam çox şübhəli vəziyyətdə dövlət xəstəxanasında dünyasını dəyişib. Onun ölümü istintaq zamanı araşdırılmadığına görə və heç bir səbəb gətirilmədən istintaqın dayandırılması mənə ciddi əsaslar verir ki, açıq-aşkar bildirim: anamı öldürüblər.

O qadın demokratiya uğrunda şəhid olan analardan biridir. Firəngiz anam Sənin yoxluğun məni zəiflətmədi, məni sındırmadı, əksinə güc verdi. Güc verdi ki, mən öz mübarizəmi davam elətdirim. 

Səni çox sevirəm, sənin üçün çox darıxıram. Bağışla ki, səninlə bu halda gəlib görüşürəm. 

Səninlə fəxr edirəm və əminəm ki, sən də həmişə mənimlə fəxr edəcəksən. 

Sənin qatillərin mütləq haçansa öz cəzalarını alacaqlar. Bunu dəqiq bil!

Yazı blogerin feysbuk səhifəsindən götürülüb.