Müsavatçı fəala 25 sutka, təşkilat sədrinə 2.6 il həbs - Partiyadan açıqlama

Müsavatçı fəala 25 sutka, təşkilat sədrinə 2.6 il həbs - Partiyadan açıqlama

03-10-2017 19:05 / Bu xəbər 1260 dəfə oxundu

Şəki Rayon Məhkəməsi Müsavat Partiyasının fəalı Tahir Əhmədliyə 25 sutka həbs cəzası verib. 

Sentyabrın 30-da fəal evindən polis idarəsinə aparılıb. İctimai yerdə səs-küy salmaqda ittiham olunaraq 25 sutka həbs cəzası alıb. 

"İctimai asayişi pozub”
Müsavatçıya 25 sutka həbs cəzası verildi
Toplum Tv məsələ ilə bağlı Şəki Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. Polis şöbəsinin sahə rəisi Qüdrət Rəsulovun Toplum Tv-ə açıqlamasında Tahir Əhmədlinin  polisə itaətsizlik göstərdiyi üçün şöbəyə aparıldığını deyib: 

"Oktyabrın 30-da ictimai asayişi pozduğu üçün polis tərəfindən ona xəbərdarlıq olunub. Tahir Əhmədli isə polisin əmrinə tabe olmayıb. Daha sonra Şəki Rayon Prokurorluğuna aparılıb. Məhkəmənin qərarı ilə 25 sutka həbs cəzası alıb".

"Azad fikrin qarşısını almaq məqsədi güdürlər”

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Toplum tv-yə bildirib ki, müsavatçı şərlənib: "Guya küçədə bərkdən danışıb deyə şər atırlar və insanı evindən aparırlar, sonra da, 25 sutka iş verirlər. Bu hakimiyyətin mahiyyəti ondan ibarətdir ki, kiminsə haqq sözünə görə bu və ya digər yolla həbs edir. Bu da növbəti şərləmədir. Nə qədər ki hakimiyyət azad seçkilər keçirmək üçün siyasi iradə ortaya qoymayacaq, insanlar bu və ya digər şəkildə haqq səslərini çatdıracaqlar".
Gülağa Aslanlının Elbəyi Həsənliyə qarşı şikayəti üzrə qətnamə çıxarıldı
Gülağa Aslanlının sözlərinə görə, fəalın həbsin əsl səbəbi fəalın tənqidi yazılarıdır: "O, yazılarında hakimiyyətin qanunsuzluqlarını sərt tənqid edirdi, həbsinin səbəbini bunda görürəm". 

Aslanlı əlavə edib ki, Müsavat Partiyası olaya rəsmi şəkildə etirazını bildirib, fəalın  vəkillə təmin olunması və digər məsələlərlə bağlı qərar qəbul edib: "Hökmdən apellyasiya şikayəti verəcəyik. Oktyabrın 4-də  vəkil apellyasiya şikayətinin verilməsi üçün müraciət ünvanlayacaq".

Bu gün, oktyabrın 3-də daha bir müsavatçının məhkəməsi keçirilib. Belə ki, Masallı Rayon Məhkəməsi oktyabrın 3-də Müsavat Partiyasının yerli təşkilatının sədri Xasay Fərzullanın cinayət işi üzrə hökm çıxarıb. O, 2,6 il azadlıqdan məhrum edilib. Hökmün icrası Apelyasiya Məhkəməsindən sonraya saxlanılıb. 
Müsavatın Masallı təşkilatının sədrinə hökm oxundu
Müsavat Partiyasının başqanı Arif Hacılı bu olayı hakimiyyətin təzyiqi və siyasi sifariş adlandırıb. 

İzzətxanım Cabarlı 
Toplum.Tv