Müsavatın Səbail təşkilatının sədri polisə çağırıldı - YENİLƏNİB

Müsavatın Səbail təşkilatının sədri polisə çağırıldı - YENİLƏNİB

04-10-2017 18:16 / Bu xəbər 1451 dəfə oxundu

Müsavat Partiyası Səbail rayon təşkilatının sədri Zakir İsmayıl bu gün Səbail rayon Polis İdarəsinə çağırılıb.

Bu haqda "Basta”ya məlumat verən Zakir ismayıl dəvətin səbəbini dəqiq bilmədiyini deyib: "Dedilər ki, polis idarəsinə gəlməlisiz. Saat 15:00-da ora gedəcəm”.
 
***
 
Zakir İsmayıl Arqument.az-a bildirib ki, Cinayət Axtarış Şöbəsinə çağırılıb. Onu şöbə rəisi polkovnik-leytenent Bəxtiyar Bayramov qəbul edib və 2 saat yarım söhbət edilib. 

"Mitinqlə bağlı da suallar verdi. Faəliyyətimizlə maraqlandı. Bildirdim ki, Müsavat Partiyası qanun çərçivəsində dövlətçilik uğrunda mübarizə aparan bir siyasi təşkilatdır. Mən də bu partiyanın əsgəriyəm. Partiyanın verdiyi bütün qərarları icra etməyə hazıram. Bakı şəhər İcra hakimiyyəti ilə razılaşdırılmış mitinqlərdə iştirak etmək isə qanunsuzluq deyil. Biz də o mitinqdə iştirak edib-etməməkdə azadıq. Mübarizəmiz haqq-ədalət uğrundadır", - o bildirib.