MSK üzvü vəfat edib
30-04-2018 14:50 / Bu xəbər 2641 dəfə oxundu
Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev vəfat edib.
Novator.az bildirir ki, Azər Tağıyev Mərkəzi Seçki Komissiyasında bitərəf deputatları təmsil edirdi.
İxtisasca hüquqşünas olan Azər Tağıyev 20 ildən artıq müddətdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olub.
O, sədr postunu 2017-ci ilin sentyabrında səhhəti ilə əlaqədar tərk edib.
Azər Tağıyevin 70 yaşı vardı.












