Navalnı ona "Quran" kitabı verilmədiyinə görə məhkəməyə üz tutdu

Navalnı ona

14-04-2021 12:03 / Bu xəbər 1496 dəfə oxundu

Hazırda Rusiyanın Vladimir vilayətindəki Pokrov şəhəri 2 saylı islah koloniyasında saxlanılan müxalif lider Aleksey Navalnı həbsxana rəhbərliyini məhkəmə verib. 

Bu barədə məlumat onun "Instagram" hesabında yayımlanıb. 

Siyasətçinin məhkəməyə müraciət etməsinə səbəb "Quran" başda olmaqla oxumaq istədiyi kitabların ona verilməməsidir.

O deyib ki, həbsdə olduğu müddətdə "Quran"ı və Məhəmməd Peyğəmbərin hədislərini öyrənmək istəyir:

"Bura bir ay əvvəl gələndə, özümlə bir qalaq kitab gətirmişdim. Sonra da əlavə bir qalaq sifariş etdim. Amma indiyədək mənə bir kitab da verilməyib. Çünki bu kitabların hamısını içində "ekstremizmin” olub-olmadığını bilmək üçün yoxlamalıdırlar. Bu isə üç ay çəkir”.

Bundan əvvəl bildirilmişdi ki, həbsxana rəhbərliyi artıq iki həftədir ki, aclıq aksiyası keçirən Navalnını zorla yedirtməklə hədələyib.

Siyasətçi yeməkdən imtina edəndən bəri 8 kiloqram, koloniyaya gələndən isə 15 kiloqram itirdiyini, hazırda 77 kiloqram olduğunu deyib. 

Fevralın 2-də Moskvanın Simonovsk şəhər məhkəməsi Aleksey Navalnının "İv Roşe” işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. "İv Roşe" işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alındığından, o, həbsxanada 2,5 il cəza çəkəcək.