Nərgiz Absalamova da saxlanıldı

Nərgiz Absalamova da saxlanıldı

30-11-2023 23:50 / Bu xəbər 1350 dəfə oxundu

Jurnalist Nərgiz Absalamova bu gün dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb.

Ona qarşı da "Abzas Media" rəhbərliyi ilə eyni maddə (qrup halında qaçaqmalçılıq) ittihamı irəli sürülüb.

Daxili İşlər Nazirliyindən məlumatı "Arqument.az”a təsdiqləyiblər.

"Jurnalist Nərgiz Absalamova saxlanılıb, onunla bağlı araşdırma aparılır”, - deyə Nazirliyin Mətbuat Xidmətindən bildiriblər.

Noyabrın 21-də "Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində "qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər onlara qarşı irəli sürülən ittihamları rədd edirlər və həbslərinin jurnalistika fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.