Nobel Sülh Mükafatı laureatı həbs edildi

Nobel Sülh Mükafatı laureatı həbs edildi

02-01-2024 17:22 / Bu xəbər 861 dəfə oxundu

Banqladeş məhkəməsi Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusa 6 ay həbs cəzası verib.

Bu barədə "Dhaka Tribune" qəzeti məlumat yayıb.

Yunusla yanaşı onun təsis etdiyi "Grameen Telecom” telekommunikasiya şirkətinin rəhbəri Əşrəful Həsən də mühakimə olunub. 

Məhəmməd Yunus 2006-cı ildə iqtisadi inkişafla bağlı fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülüb. 

O, Banqladeşin kəndlərində yoxsullara mikro kredit ayırdığı üçün beynəlxalq səviyyədə tanınıb.

2022-ci ildə Banqladeş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Yunusun xeyriyyə fondları ilə bağlı araşdırmaya başlayıb. 

O, kəndliləri maliyyə əsarətinə salmaqda ittiham olunur.